Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Namizədlər arasında Neymar (PSJ), Romelu Lukaku (“Mançester Yunayted”), Qonzalo İquain (“Yuventus”), Andreas İnyesta (“Barselona”), Kriştiano Ronaldo (“Real”), Harri Keyn (“Tottenhem”), Vensan Abubakar (“Portu”) və Kevin de Bruyne (“Mançester Siti”) yer alıb.
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.
