Yeddinci turda ən çox azarkeş cəlb edən matç

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Topaz Premyer Liqasının 7-ci turunu sadiondan izləmiş azarkeş sayı bəlli olub.

Turda ən çox azarkeş “İnter Arena”da qeydə alınıb. Burda baş tutmuş “İnter” – “Neftçi” matçını (0:2) 3500 tamaşaçı tribunalardan izləyib.

Ən az azarkeş Qəbələ şəhər stadionunda qeydə alınıb. 175 tamaşaçı “Kəpəz”in “Qəbələ” üzərində 2:0 hesablı qələbəsinin canlı şahidi olub.

Digər oyunlardan Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş turun mərkəzi oyunu olan “Qarabağ” – “Zirə” qarşılaşmasını (0:0) 2500, “Dalğa Arena”da keçirilmiş “Səbail” – “Sumqayıt” matçını (0:2) isə 400 tamaşaçı izləyib.

Ümumilikdə, turun 4 oyununu 6575 azarkeş izləyib.

Vətənim Media Shorts

YouTube-da aç ↗