Yanvarın 1-dən etibarən Ermənistanda gündəlik tələbat məhsullarının qiyməti bahalaşacaq.
Bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb. Qəzet bahalaşmaya səbəb kimi Ermənistanın Avrasiya İttifaqına daxil olduqdan sonra 900-yə yaxın malın gömrük rəsmiləşdirilməsinin dərəcəsinin artmasını göstərib:
“Müxtəlif dərəcəli artım olacaq. Artım daha çox kərə yağı, yumurta, sitrus meyvələri, kofe və digərlərinə aid ediləcək”. /Axar.az/
