VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
15.01.2018 14:17 · gunaynovruz

Pensiyalar bu ay nə qədər ARTACAQ? – Məbləğ … – İqtisadçının şərhi

“Rəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2% artıb. Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək. Yəni, pensiya məbləğləri bu ay 6.2% artacaq”. Bunu Metbuat.az-a…

“Rəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2% artıb. Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək. Yəni, pensiya məbləğləri bu ay 6.2% artacaq”.

Bunu Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var:

“Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya məbləğinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə artıq bu anlayışdan istifadə edilmir. Bu ildən isə bu məbləğindən asılı olmayaraq, bütün pensiya məbləğinə tətbiq ediləcək. Bu isə o deməkdir ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Əvvəllər də qeyd etdiyimiz kimi, indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq, bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.