Şəhid Məhəmmədin unudulmaz xatirəsinə

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

13 №-li məktəbin müəlliməsi;
redaqoq-jurnalist M.H.Qarayevadan

Bu ocağın, istisinə yığışmışıq
Ad günüdür!.. Bir şəhidin
O şəhid ki, bu məktəbdə
Oxuyurdu, böyüyürdü
Üzü nurlu, qəlbi açıq
Çox elmli, Məhəmməddi -onun adı.

Dərs deyirdim- Məhəmmədə
Hər an dərsə hazır idi…
Həyat eşqi aşıb-daşan,
Bir oğuldu üzü gülər…

Vaxtsız apardı ay ellər,
Vədəsiz uçdu göylərə.
Şəhid oldu, Vətən dərdi
Məhəmmədə tez gəl, dedi-
döyüşlərə…
Neçə düşmən sərdi yerə,
Sonda özü həlak oldu…

Şaban xanım- gözüyaşlı,
Baxdı solan xonçalara,
Məhəmmədi həsrət ilə
Gözləyən gözəl nigara!..
Dedi:- Daha gəlməz oldu,
Məhəmmədim, ağlamayın
Vətən yolunda şəhidim-
dönməz oldu!..

Ona yas da saxlamayın,
Aman igid, dözür anan-
Dərdlərinə yana-yana,
Xalqım deyir: –
Yazar oğlu- ölməz bilin!
Uca zirvə fəth edibdir.
Məşəl yanar, alovlanar
Közə dönər, sönməz bilin!..

Adı hər an qəlbimizdə,
Şeyriyyətdə, dilimizdə
Məhəmməd Sabir oğludur,
Onun yolu haqq yoludur.

Əbədilik cənnətdədir,
Cavan şəhid behiştdədir.
Sən ey Ana – məğrur dayan,
Məhəmmədin ruhu sağdır!
O, şəhidlik zirvəsində
Əbədi var, olacaqdır!!!

Vətənim Media Shorts

YouTube-da aç ↗