VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
07.05.2018 00:06 · gunaynovruz

Ölmüş insanların beyinləri bərpa ediləcək – İNANILMAZ YENİLİK

Bioquark şirkəti ölmüş insanların beyinlərinin dirildilməsi üzrə təcrübələrə başlayacağını bildirib. Saytımız Publika.az-a istinadən xəbər verir ki, şirkət bu il maraqlı layihənin sınaqlarını həyata keçirməyi planlaşdırır. Sınaqlar üçün şirkət vəfat etmiş 20 insan bədənindən istifadə…

Bioquark şirkəti ölmüş insanların beyinlərinin dirildilməsi üzrə təcrübələrə başlayacağını bildirib.

Saytımız Publika.az-a istinadən xəbər verir ki, şirkət bu il maraqlı layihənin sınaqlarını həyata keçirməyi planlaşdırır. Sınaqlar üçün şirkət vəfat etmiş 20 insan bədənindən istifadə etməyə hazırlaşır. Əvvəlcə onlar cəsədlərin gövdəsindən inyeksiyalar alıb, daha sonra xüsusi hazırlanmış zülal qarışığını onurğa beyinə yeridəcəklər. Bu maddə beyində yeni neyronların oyanmasına təsir edəcək. 15 gün ərzində müşahidə aparan həkimlər lazer terapiyası ilə neyronlar arasında əlaqə yaratmağa çalışacaq. Daha sonra tədqiqatçılar insan beynində baş verən ən xırda dəyişikləri belə qeyd edəcəklər.

İrəli sürülən iddialar insanlarda saysız cavabsız suallar yaradır. Məsələn, ölmüş insan beynini eksperimentə cavab verəcəyi təqdirdə nə baş verəcək? Ümumiyyətlə, ölmüş insanlardan bu eksperimentin aparılması üçün necə razılıq alınacaq? Bütün bunlar şübhəlidir. Şübhəli olan yalnız sınağın nəticələri deyil, bu həm də qeyri-etik eksperiment sayılır.

Sınaqlarda istifadə ediləcək orta beynin əsəb stimulyasiyası komaya düşən xəstələrin müalicəsində belə kifayət qədər məhdud nəticələr göstərir. Eyni zamanda, ölmüş beynin funksiyalarının bərpa olmasına dair heç bir ehtimal belə yoxdur.

Bioquark şirkətinin mütəxəssisləri isə keçirəcəkləri eksperimentə optimist yanaşaraq, uğur əldə edəcəklərinə inanırlar. Onlar hesab edirlər ki, müvəffəqiyyət qazanmaq üçün şansları çoxdur.