Azərbaycanda sürücülük vəsiqələrinin rüsumu artırılır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir. 

Bu barədə Report saytı “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər layihəsinə istinadən məlumat yayıb.

Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.

Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.  /Oxu.Az/

Vətənim Media Shorts

YouTube-da aç ↗