VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
26.08.2018 22:24 · gunaynovruz

Pensiya təyinatı sistemi tam elektronlaşdırılması nə vəd edir?

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər "Vətəndaş pensiya almaq üçün mütləq hansısa məmurun qarşısında dayanmalıdır?"  "Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

“Vətəndaş pensiya almaq üçün mütləq hansısa məmurun qarşısında dayanmalıdır?”

 “Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir “2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində aparılan islahatların davam etdirildiyini bildirib.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında pensiya təyinatı sisteminin elektronlaşdırılması məsələsini şərh edib. 

O bildirib ki, pensiya təyinatı sisteminin elektronlaşdırılmasında ciddi problem yoxdur: “Bu sahədə böyük bir bazaya, müxtəlif qurumlardan informasiyaların qəbul edilməsinə ehtiyac var. Hazırda Azərbaycanda hökumətin elektronlaşması istiqamətində işlər gedir və elektron hökumət portalı fəaliyyət göstərir. 450-ə yaxın xidmət ayrı-ayrı dövlət qurumları tərəfindən bu portal üzərindən təklif olunur. Yəni ayrı-ayrı qurumların bazaları arasında effektiv əlaqənin qurulması təmin olunarsa, keyfiyyətli məlumat bazası formalaşarsa, bu, vətəndaşın xərcini, sərf etdiyi zamanı azaldır, subyektiv yanaşma kimi müşahidə olunan mənfi halları aradan qaldırır. Bu müsbətdir”.

Onun sözlərinə görə, bu gün vətəndaşlar “ASAN İmza” və yaxud da “Elektron İmza” ilə elektron hökumət portalı üzərindən Dövlət Sosial Müdafiə Fondunun pəncərəsində öz sığorta yığımlarının həcmini yoxlaya bilirlər: “Təəssüf ki, yoxlamalar zamanı bir çox hallarda vətəndaş tərəfindən ödənilmiş sosial sığorta haqqını faktiki olaraq onun fərdi hesabına yerləşdirilmədiyi məlum olur”.

“Yəni bu kimi mənfi hallar var, xüsusilə Dövlət Sosial Müdafiə Fondunun məlumat bazasında. Bu problemlər tamamilə ardan qaldırılarsa, o zaman mümkündür ki, elektron formada pensiya təminatı sistemi qurulsun. Yəni düşünürəm ki, burada hər hansı bir çətinlik olmayacaq” – ekspert deyib.

R.Həsənov qeyd edib ki, iki ildir ünvanlı sosial yardım elektron müraciət əsasında müəyyənləşdirilir, amma burada ciddi nöqsanlar var: “Məsələn, müəyyən qeyri-rəsmi ödəniş qarşılığında insanlar ünvanlı sosial yardım alanlar siyahısına daxil edilə bilirlər. Yəni yanaşma bu səpkidə olacaqsa, yenə də nöqsanların olması müşahidə ediləcək. Nöqsanlar aradan qalxarsa, elektron formada pensiyanın təyin edilməsi mexanizminin formalaşdırılması ən optimal və uğurlu çıxış yolu ola bilər”.

İqtisadçı əlavə edib ki, beynəlxalq təcrübədə xidmətlər çox sürətlə elektronlaşır: “Hətta bəzi ölkələr bizim təsəvvür etmədiyimiz xidmətləri belə elektronlaşdırırlar. Burada ciddi bir problem yoxdur. Yəni vətəndaş ona pensiya təyin olunması üçün mütləq hansısa məmurun qarşısında dayanmalıdır? Sistem elə qurulmalıdır ki, hökumət maksimum az xərclə, ştatla keyfiyyətli xidmətlər təklif edə bilsin və vətəndaş incidilməsin”.