Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Milli Məclisin payız sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq, bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.
Turkustan.info-nun əldə etdiyi məlumata görə, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Daxili qoşunlar haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Psixoloji yardım haqqında” yeni qanun layihələrinin “Milli Məclisinin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planı”na daxil edilməsi gözlənilir.
Həmçinin bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 1-də keçiriləcək. /Modern.az/
