VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –
05.09.2018 22:22 · gunaynovruz

Daha bir neçə bankda bağlanma TƏHLÜKƏSİ

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər Azərbaycanda bank sistemində problemlər həll olunmamış qalır. Üst-üstə yığılan problemlər bu sektoru çöküşə doğru aparır. Problemli kreditlərin həcmi artıb, kreditləşmə dayanıb, bankların gəlirliliyi aşağı səviyyədədir. Artan…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Azərbaycanda bank sistemində problemlər həll olunmamış qalır.

Üst-üstə yığılan problemlər bu sektoru çöküşə doğru aparır. Problemli kreditlərin həcmi artıb, kreditləşmə dayanıb, bankların gəlirliliyi aşağı səviyyədədir. Artan problemləri banklar öz gücü hesabına həll edə bilmir. Bu səbəbdən isə onların bağlanma riski artır. Ekspertlər hesab edir ki, bank sektorunda davam edən bu vəziyyət problemin getdikcə daha da dərinləşəcəyindən xəbər verir. Acınacaqlı mənzərə yaxın vaxtlarda daha bir neçə bankın bağlanma riskini artırır. 

Ekspertlərin fikrincə, bu sektorun çöküşünün qarşısını almaq məqsədilə müəyyən güzəştlər tətbiq edilməlidir. Bank mütəxəssislərinin sözlərinə görə bir neçə kiçik bankın birləşdirilərək sağlam bankın yaradılması yaxşı olardı. Bu proses isə bir qədər çətindir. Daha doğrusu, hökumət bunun üçün mümkün variantları nəzərdən keçirməlidir. Əks təqdirdə, daha bir neçə bankın bağlanma ehtimalı böyükdür. Ekspertlər hətta ilin sonuna qədər bu sahədə xoş olmayan surprizlərin gözlənəcəyindən xəbər verirlər. Azərbaycanda daha bir bank ilin sonuna qədər bağlanma təhlükəsi ilə üz-üzə qalıb. Söhbət “Bank of Baku”dan gedir. Səbəb məcmu kapitalının yetərli olmaması ilə bağlıdır. “Bank of Baku”nun ikinci rübün sonuna olan hesabatına əsasən, bankın məcmu kapitalı 24 milyon 359 min manatdır ki, bu da bankın bağlanma riskini artırır. Məlumata görə maliyyə problemlərindən əziyyət çəkdiyi üçün ilin sonunadək bağlanma riski böyük olan “Bank of Baku” 1-ci qrup əlillərə nağd pul krediti vermir.

Xatırladaq ki, Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən bankların qarşısına qoyduğu tələbə əsasən, bankların məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Qeyd edək ki, “DəmirBank”ın məcmu kapitalı 25,5 milyon manat təşkil etdiyi üçün lisenziyası ləğv edilmişdi ki, bu da hazırkı vəziyyətdə “Bank of Baku”nun məcmu kapitalından hələ 1,2 milyon manat artıqdır.

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, iki devalvasiyadan sonra Azərbaycan banklarının ümumi məcmu kapitalında Mərkəzi Bankın bu gün qoyduğu tələb yerinə yetirilmir:  “Mərkəzi Bankın qoyduğu tələbləri yerinə yetirə bilməyən bankların sayı 10-dan çoxdur. Onlar öz nizamnamə kapitalını artıra bilmirlər. Problemli kreditlər portfeli həcmindən çox şişir. Əmanət yığımlarında son 6 aya qədər azalma tendensiyası baş verirdi. Yerli bankların xarici banklara borcu həddindən çoxdur. Vəziyyət heç də ürəkaçan deyil. Sadalanan problemlər də bankların ümumi məcmu kapitalının azalmasına gətirib çıxarır. Nəticə etibarilə isə valyuta aktivlərinin idarə edilməsində çətinlik çəkirlər. Bu baxımdan strateji proqramların, hədəflərin icra edilməsi ləngiyir. Xüsusilə də daha çox istehlak kreditləri üzərində yaranmış bankların vəziyyəti günü-gündən pisləşir.

Həm “Bank of Baku”, həm də digər banklar var ki, daha çox kredit portfeli var. Əhalinin bu məsələdə də ödəmə qabiliyyətinin azalması, xüsusilə də xarici valyuta ilə olan kreditlərin geri qaytarılmasında yaranan problemlər bankları çıxılmaz vəziyyətdə qoyur. Banklar hazırda çıxılmaz durumdadır. Bu proses isə davam etməkdədir”. Ekspert qeyd edib ki, söhbət təkcə “Bank of Baku”dan getmir: “Daha bir neçə bankın da bağlanma ehtimalı var. Ən çox istehlak və dollar krediti olan bankların bağlanma təhlükəsi böyükdür. Konkret ad çəksəm, doğru olmaz. Amma istehlak və dollar krediti olan banklardır ki, bu gün hələ də 2-3 il öncə baş verən proseslərin təsir dairəsindən çıxa bilmirlər”.

/Cebhe.info/