VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
09.09.2018 21:11 · gunaynovruz

Valyutadəyişmə məntəqələri niyə açılmır? – Səbəblər açıqlandı

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər Manatın iki kəskin devalvasiyadan sonra ölkədə yaradılan valyuta qıtlığı və digər səbəblər valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə nəticələndi. Bu qadağa 2 il müddətində qüvvədə qalsa da,…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Manatın iki kəskin devalvasiyadan sonra ölkədə yaradılan valyuta qıtlığı və digər səbəblər valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə nəticələndi.

Bu qadağa 2 il müddətində qüvvədə qalsa da, 2018-ci ilin yanvar ayında yeni qərarla valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlamasına şərait yaradıldı. 

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” təsdiqləndi. Yeni qayda valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələbləri, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısını, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarını, onların təqdim olunması qaydasını və müddətlərin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.

Ancaq qərarın verilməsindən təxminən 1 ilə yaxın vaxt keçsə də, hələ də valyutadəyişmə məntəqələri fəaliyyətə başlamayıb. Yenə də valyuta mübadilələri bank filiallarında həyata keçirilir.

Maraqlıdır, bir zamanlar demək olar ki, hər addımda rast gəldiyimiz valyutadəyişmə məntəqələri indi niyə açılmır?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, valyutadəyişmə məntəqələrinin açılmaması  bir neçə səbəblə bağlıdır: “Birincisi odur ki, valyutadəyişmə məntəqələri banklarda depozit saxlamalıdır. Bu təxminən 50 min manat (dollar) civarında nəzərdə tutulub. Valyutadəyişmə məntəqələri isə bunu “ölü pul” kimi qiymətləndirir.

Valyutadəyişmə məntəqələrini əlində 200-300 min pulu olanlar saxlayır ki, onlara da bu qədər vəsaiti bankda saxlamaq sərf etmir. İkinci məsələ isə odur ki, hazırda valyutaya tələbat əvvəlki kimi deyil. Banklar təminatı ödəyir. Digər bir məsələ əvvəllər valyuta ajiotajının indi yaranmamasıdır. Çünki əvvəl Mərkəzi Bankın marja faizi var idi. Əvvəl 2, sonra isə 4 faiz oldu. Yəni, valyuta satışı rəsmi məzənnədən ancaq bu qədər yuxarı və aşağı ola bilər. Valyuta qıtlığı yarananda isə banklar satışdan imtina etdi, çünki istədikləri kimi yüksək məzənnə ilə satış edə bilmirdilər. Amma valyutadəyişmə məntəqələri bundan istifadə edib valyutanı istədikləri məzənnə ilə satırdılar. Yəni, qanunu pozurdular. İndi isə həmin marja tələbi yoxdur. Banklar da istədiyi məzənnə ilə dollar sata bilirlər. Bu da valyutadəyişmə məntəqələrinin banklar üzərindəki rəqabət üstünlüyünü aradan qaldırdı. Məsələn, getdiyim yerdə həm bank, həm də valyutadəyişmə məntəqəsi varsa, mən əlbəttə ki, banka gedəcəyəm. Valyutadəyişmə məntəqələrinin açılmamasının səbəbi bunlardan ibarətdir”.