VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
28.01.2019 13:11 · gunaynovruz

Yerevan “xalqların sülhə hazırlanması”na reaksiya verdi: Sülhün alternativi fəlakətdir

Zöhrab Mnatsakanyan: "Xalqları sülhə hazırlamaq bir neçə funksiyanı nəzərdə tutur və buna dair dəqiq bir formul yoxdur" "Qarabağa dair heç bir gizli razılaşma yoxdur. Bu baxımdan ictimaiyyət panik əhval-ruhiyyəyə düşməməlidir".  Turkustan.info Sputnik…

Zöhrab Mnatsakanyan: “Xalqları sülhə hazırlamaq bir neçə funksiyanı nəzərdə tutur və buna dair dəqiq bir formul yoxdur”

“Qarabağa dair heç bir gizli razılaşma yoxdur. Bu baxımdan ictimaiyyət panik əhval-ruhiyyəyə düşməməlidir”.  Turkustan.info Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan açıqlama verib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün yekunlarına dair bəyanatda göstərilən – hər iki ölkənin xalqının və cəmiyyətinin sülhə hazırlanması müddəası erməni cəmiyyətində müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub.

Mnatsakanyan bildirib ki, hazırda sülh prosesinin reallaşması mexanizmi aydın deyil: “Sizin bilmədiyiniz heç bir şey yoxdur. Bizim üçün vacib olan məsələlər ətrafında dialoq gedir. Cəmiyyətdə bizim nəyisə itirməyimiz və ya güzəştə getməyimizə dair söhbətlər məni təəccübləndirir”.

“Bu əhval-ruhiyyə haradan qaynaqlanır? Belə bir şey mövcud deyil və bizim mövqeyimizdə heç bir geri çəkilmə yoxdur. Bizim etdiyimiz və ictimaiyyəti məlumatlandırmadığımız heç bir şey yoxdur” – deyə Mnatsanaknayan bəyan edib.

Onun sözlərinə görə, rəsmi Yerevan münaqişənin Minsk qrupu çərçivəsində, yalnız dinc yolla həll olunması mövqeyindən dönməyib: “Erməni tərəfi üçün prioritet olaraq status-kvo və təhlükəsizlik məsələləri qalır”.

Nazir vurğulayıb ki, BMT tərəfindən də səsləndirilən hər iki xalqı və cəmiyyəti sülhə hazırlamaq tezisi yeni deyil: “Bu barədə dəfələrlə danışılıb. BMT-nin həmişə prosesə yardım etmək barədə mövqeyi olub. Mən bu mövqeyi yüksək qiymətləndirirəm”.

“Xalqları sülhə hazırlamaq bir neçə funksiyanı nəzərdə tutur və buna dair dəqiq bir formul yoxdur. Bizim qətiyyətimiz şübhə altına alına bilinməz. Sadəcə olaraq, sülhün alternativi yoxdur, sülhün alternativi fəlakətdir” – deyən Ermənistan XİN rəhbəri qeyd edib ki, gərginlik risklərinin azalması məsələsi gündəmdədir.  /sputnik.az/