“İndeksasiya orta aylıq əmək haqqının artımına uyğun aparılır, inflyasiyaya uyğun aparılmır. Bizim ehtimalımız 5,7 faizdir. Dövlət Statistika Komitəsinin məlumatını gözləyirik. Bundan sonra müvafiq təklif hazırlayarıq. Fevral ayında vətəndaşlar həm yanvar, həm də fevral ayının artımını alacaqlar”.
S.Babayevin sözlərinə görə, pensiya sistemində sosial ədalət prinsipinin gücləndirilməsinə dair araşdırmalar davam edir: “Təkliflər hazırlanır. Bunların sırasında minumum pensiyanın ehtiyac meyarına qədər qaldırılması məsələsi var. 100 minə yaxın vətəndaşın pensiyasında ciddi artım baş verəcək. Ölkə üzrə orta pensiyanın həcminin orta aylıq əmək haqqının 60-70-80 faizə yaxınlaşdırılmasına dair uzunmüddətli proqramlar hazırlanır”. /Azvision.az/
