Razim Məmmədovun qardaşı da işdən çıxarıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Xətai rayon İcra hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədovun qardaşı işdən azad olunub.

Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, sabiq icra başçsının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəhbəri işləyən qardaşı Mübariz Məmmədov işdən çıxarılıb.

Xatırladaq ki, R.Məmmədov ötən ilin dekabrın 13-də Xətai İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Vətənim Media Shorts

YouTube-da aç ↗