◷ 25 Noyabr 2019 · 21:50 · ◉ 1. 762 Maraq göstəricisi
· ● 0 nəfər hazırda oxuyur
Aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət yaxın saatlarda müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İstixeber.info-ya verilən məlumata görə, məhdudlaşma bir hərəkət zolağı üzrə tətbiq edilir. Digər zolaqlar üzrə hərəkətdə hər-hansı məhdudiyyət olmayacaq. Buna baxmayaraq, ərazidə sıxlığın baş verməməsi üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.
Qeyd edək ki, sözügedən yol bu iln martında aparılan təmir-bərpa işlərindən sonra istifadəyə verilmişdi.