Şəhidlər heç vaxt unudulmur – FOTO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Əsgərov Vasif Çoban oğlu Martın 28-də Sumqayıt şəhərində Corat qəsəbəsində anadan olub. O, Sumqayıt şəhərinin 1 saylı, sonra isə 7 saylı orta məktəblərində oxuyub. Əmək fəaliyyətinə ilk dəfə “Əlvanmetal” istehsalat birliyindən başlayıb. 1977-ci ildə isə “Sintez-kauçuq” zavodunda işləyib. 1979-cu ilin dekabrında Çexoslavakiyada hərbi xidmətə başlayıb. Hərbi xidməti 1981-ci il oktyabr ayında başa vurduqdan sonra “Azərboru” istehsalat birliyində işə düzəlib.

Vətənimizə qarşı törədilən təcavüz minlərlə vətəndaş kimi Vasifi də azğın ermənilərə qarşı vuruşa cəlb edir. Əvvəllər qeyri-rəsmi döyüş bölgələrinə gedir, ağır döyüşlərdə iştirak edir. Rəsmi olaraq 1992-ci ilin əvvəllərində könüllü olaraq cəbhəyə gedib. O, döyüşlərdə tankçı kimi igidliklər göstərib və 1992-ci il iyun ayının 23-də Ağdərə rayonunun Qırmızıkənd kəndində qəhrəmancasına həlak olub.

Vasif Çoban oğlu Əsgərov Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib.

Vasif evli idi. Bir oğlu var

İstixeber.info.az Sumqayıt 12.01.2020
Rəşad Ağaşirinov

Vətənim Media Shorts

YouTube-da aç ↗