Test nəticələri daha SMS vasitəsilə göndərilməyəcək – Video

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Artıq bir neçə gündür ki, “E-TƏBİB” mobil tətbiqi istifadə olunur. Vətəndaşlara onların verdiyi testlərin nəticəsi bu vasitə ilə çatdırılır. Artıq vətəndaşlara SMS şəklində getmir və getməyəcək”.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, vətəndaşlardan sadəcə, “E-TƏBİB” tətbiqinin yüklənilməsi və oradan öz labarator analiz nəticələrinin görməsi üçün FİN kodlarını daxil etməsi xahiş olunacaq:

“Bu vasitə ilə onlar cavablarını görə biləcəklər”.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗