Bu gün leysan olacaq – Xəbərdarlıq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bu gün ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Müstəqil.Az-ın Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi verilən məlumata görə, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Müstəqil.Az

Vətənim Media Shorts

YouTube-da aç ↗