VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
12.03.2021 09:58 · gunaynovruz

Azərbaycanda 8 gün ictimai nəqliyyat işləməyəcək? — AÇIQLAMA

Azərbaycanda yoluxanların sayı kəskin artıb. Belə ki, martın 11-də koronavirus infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 5 nəfər "COVID-19"dan vəfat edib.…

Azərbaycanda yoluxanların sayı kəskin artıb. Belə ki, martın 11-də koronavirus infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 5 nəfər “COVID-19″dan vəfat edib. Yoluxanların sayının artması karantin rejiminin yenidən sərtləşməsi məsələsini ortaya çıxarır. 

Qeyd edək ki, martın 13-də Operativ Qərargahın brifinqinin olması ilə bağlı xəbərlər var. Həmin brifinqdə bayram günləri ilə bağlı qərarların verilməsi gözlənilir. Həmin qərarlardan biri də bayram günlərində ictimai nəqliyyatın və 65 yaşından yuxarı insanların çölə çıxmasına yenidən qadağa qoyulmasıdır. Azərbaycanda bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyula bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, bayram günləri 8 gün ictimai nəqliyyatın faliyyətinə qadağa qoyula bilər:

“Son günlər yoluxanların sayının 600-ü keçməsi narahatlıq doğurur. Düşünürəm ki, gələn həftə yoluxanların sayı 1000-ni keçəcək. Bayram günlərində yoluxanların sayının artmaması üçün ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıla bilər. Bundan əlavə 65 yaşdan yuxarı insanların çölə çıxmasına yenidən qadağa qoyulması ehtimalı da var.

Düşünürəm ki, vaksinasiyaya görə yoluxanların sayının yenidən kəskin artması ehtimalı zəifdir. Amma bayram günlərində insanların kontaktını azaltmaq üçün müəyyən məhdudlaşdırılmalara gediləcək. Əvvəlki, vaxtlarda olduğu ki, restoranlar, gözəlik salonları və digər müəssisələrin bağlanılması gözlənilir. Ancaq yoluxanların sayının yenidən 4000-nə yaxınlaşacağını düşünmürəm”.