VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
14.05.2021 07:12 · gunaynovruz

Yaponiya Konstitusiyasını niyə dəyişir? – Elxan Şahinoğlu yazır

Yaponiya parlamentinin alt palatası referenduma çıxarılması nəzərdə tutulan qanun layihəsini qəbul edib. Söhbət Yaponiya ordusunun gücləndirilməsindən gedir. Yaponiya İkinci Dünya Müharibəsindəki ağır məğlubiyyətdən sonra yeni Konstitusiya qəbul etmək məcburiyyətində qaldı. Bu daha…

Yaponiya parlamentinin alt palatası referenduma çıxarılması nəzərdə tutulan qanun layihəsini qəbul edib. Söhbət Yaponiya ordusunun gücləndirilməsindən gedir.

Yaponiya İkinci Dünya Müharibəsindəki ağır məğlubiyyətdən sonra yeni Konstitusiya qəbul etmək məcburiyyətində qaldı. Bu daha çox pasifist Konstitusiyadır. Buna qədər müxtəlif dövlətlərin ərazilərini işğal edən Yaponiya ağır məğlubiyyətdən sonra ABŞ-ın təzyiqi yeni Konstitutiya qəbul etdi ki, buna görə Yaponiyanın ordu yaratması və ölkə hüdudlarından kənarda hərbi əməliyyatlar keçirməsi qadağan edilirdi. Bəlkə də bu qadağanın onilliklər boyu mövcud olması Yaponiyanın sürətli inkişafını sürətləndirdi. İkinci Dünya Müharibəsindən sonra orduya pul xərcləməyən Yaponiya imkanlarını və maliyyəsini iqtisadi layihələr ətrafında cəmləşdirdi.

Ancaq indi durum dəyişib. Çinin bölgədə hərbi imkanları artır və bu yalnız Yaponiyanı deyil, Yaponiyaya güclü ordu formalaşdırmağı qadağan edən ABŞ-ı da narahat edir. Ona görə də Tokio Vaşinqtonun razılığı ilə ordunu gücləndirməyə qərar verib. Ancaq bunun üçün Konstitusiyada zəruri dəyişikliklər edilməli və referendum keçirilməlidir. Konstitusiyada zəruri dəyişikliklərə parlamentdəki müxalifət partiyası da səs verib. Bu o deməkdir ki, Konstitusiyanın dəyişdirilməsiylə bağlı Yaponiyada konsensus əldə edilib. Çünki, Çin təhlükəsi hamını narahat edir. Doğrudur, hazırda Yaponiyanı iki mövzu məşğul edib. Tokio həm pandemiya ilə mübarizə aparır, həm də olimpiadaya hazırlaşır. Buna baxmayaraq, Konstitusiyanın dəyişdirilməsinin vacibliyi də üçüncü mövzu kimi müzakirəyə çıxarılıb.

Parlamentin aşağı palatasının qəbul etdiyi qanun layihəsi iyun ayının ortalarında yuxarı palatanın da müzakirəsinə çıxarılacaq. Böyük ehtimalla yuxarı palata da qanun layihəsinə dəsətk verəcək. Bu Yaponiya Konstitusiyasına 1947-ci ildən bu yana ilk dəyişiklik olacaq.

Bu məsələdə əsas söz sahibi Amerikadır. Vaxtilə Yaponiyaya ordu saxlamağı qadağan edən ABŞ bu gün özü Yaponiyanın ordu yaratmasını və zəruri hallarda kənarda hərbi əməliyyatlarda iştirak etməsini istəyir. Bu mövzu ətrafında ABŞ prezidenti ilə Yaponiyanın baş naziri arasında Ağ Evdə danışıqlar da aparılıb.

Çin təhlükəsi ABŞ bölgədə yeni hərbi blok formalaşdırmağa məcbur edib. Bu blokda ABŞ yanında Yaponiya ilə yanaşı Avstraliya və Hindistanı da görmək istəyir. Yaponiyanın Konstitusiyanı dəyişdirməsi və ordusunu gücləndirməsi Çində birmənalı qarşılanmayacaq. Çin uzun illər məhz Yaponiyanın pasifist Konstitusiyasından istifadə edərək bu bölgədə fəallığını artmırmış, müxtəlif adaları iddiasını ortaya qoymuşdu. Yüksək texnologiyalara malik Yaponiyanın ordusunu gücləndirmək qərarını aldıqdan sonra isə Çinin çətinlikləri başlayacaq.

Elxan Şahinoğlu,

“Atlas” Araşdırmalar Mərkəzi