Samuxda ata və iki oğlu bıçaqlandı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Samux rayonunda qohumlar arasında dava baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tatlı kəndində qeydə alınıb.

Belə ki, qohumlar arasında yaranmış mübahisə zəminində 1971-ci il təvəllüdlü Səfərov Mətləb Oktay oğlu və onun iki oğlu – 1985-ci il təvəllüdlü Röyal Səfərov və 1993-cü il təvəllüdlü İlkin Qurbanov bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisəni törədən şəxs M.Səfərovun əmisi oğludur.

Faktla bağlı araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗