10 yaşlı uşağın meyiti tapıldı – Xəzərdən

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

25 avqust tarixində Sumqayıt şəhərində dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, H.Qələndərlinin meyiti FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Vətənim Media Shorts

YouTube-da aç ↗