VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
14.10.2021 11:20 · gunaynovruz

Deputat: “Hər kəsə sürücülük vəsiqəsi vermək olmaz”

“Doğrudur ki, Azərbaycanda son dövrlər tıxac və buna müvafiq olaraq da avtoqəzaların sayı artıb. Tıxacın artmasına səbəb odur ki, ümumiyyətlə, ölkədə maşın sayı artıb və ali və orta ixtisas təhsil müəssisələrinin açılması…

“Doğrudur ki, Azərbaycanda son dövrlər tıxac və buna müvafiq olaraq da avtoqəzaların sayı artıb. Tıxacın artmasına səbəb odur ki, ümumiyyətlə, ölkədə maşın sayı artıb və ali və orta ixtisas təhsil müəssisələrinin açılması ilə əlaqədar sıxlıq yaranıb. İstənilən halda, bütün sürücülərə ciddi nəzarət etmək lazımdır. Ötən gün aeroport yolunda baş verən ağır yol nəqliyyat hadisəsi də bunu sübut edir”.Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

O bildirib ki, 19 yaşlı gənc ağır yük maşınında sükan arxasında oturubsa,  həmin sürücünün iş təcrübəsi, bacarığı mütləq yoxlanılmalı idi: “Beş nəfər həyatını itirib, qalanları isə xəstəxanaya yerləşdirilib. Həmin gənc həm öz həyatını, həm də digərlərinin həyatını belə demək mümkünsə, məhv edib. Bu məsələdə məsuliyyət bir neçə qurumun üzərinə düşür. Doğrudan da, normal fəaliyyət göstərən qurumlar mövcuddur. Hazırda işğaldan azad olunmuş ərazilərdə də ciddi işlər aparırlar və düzgün də edirlər. Çünki biz buralarda problemi birtəhər yola verərik, amma əsas odur ki işğaldan azad edilmiş ərazilərdə yollar bərpa edilsin. Nəzərə almaq lazımdır ki, həmin ərazilərə gediş-gəliş çoxalıb, hətta xarici qonaqlar da ora səfər edirlər. Yəni, işğaldan azad edilmiş torpaqlarda yol infrastrukturunun yaxşılaşdırılması vacibdir. Bakıda da son illər yeni yollar salınıb, infrastruktur yaxşılaşdırılıb. Onu da qeyd edim ki, Bakının elə ən yaxşı yollarından biri də dünən qəzanın baş verdiyi aeroport yoludur. Belə qənaətə gəlmək olur ki, sükan arxasında oturan sürücülərdən çox şey asılıdır. Məsuliyyət hər şeydən əvvəl öz üzərimizə düşür. Həmçinin sürücü intizamlılığının artırılması da vacibdir. Şəhərdə avtomobillərin sayı kəskin artıb. Kimə deyə bilərsən ki, maşın sürmə?! Ona görə də bu gün bütün dünya ölkələrində tıxacla qarşılaşmaq mümkündür. İtaliyada, Fransada, Rusiyada, Almaniya, Türkiyə və hətta Amerikada belə saatlarla davam edən tıxaclar baş verir. Qəzalara gəlincə isə, mütləq avtoqəzaları minimuma endirməyə çalışmalıyıq. Bunun üçün avtomobil nəzarətçilərinin  işini gücləndirmək və məsuliyyəti artırmaq lazımdır. Həm belə işçilər, həm də piyada və sürücülər məsələnin ciddiyyətini başa düşməlidirlər. Burada söhbət insan həyatından gedir. Elə hər kəsə sürücülük vəsiqəsi vermək olmaz. Bu məsələyə ciddi nəzarət etmək lazımdır. Avtomobil idarə edəndə də ehtiyatlı olmalıyıq. Bəzən elə sürürlər ki, yollarda maşınlar az qala uçur. Nə olub, təcili yardım və ya yanğınsöndürən maşını idarə edirsən?! Harasa 3-4 dəqiqə gecikməklə heç nə olmaz. Yol hərəkəti qaydalarına riayət etmək lazımdır”.