VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
22.10.2021 08:31 · gunaynovruz

Türkiyə qəzeti azərbaycanlı millət vəkilindən yazdı – FOTOLAR

“Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəli və stratejidir” ​ Türkiyənin “Öncə Vətən” qəzeti Milli Məclisinin deputatı Jalə Əhmədovadan xüsusi reportaj hazırlayıb. “Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəli və stratejidir” başlıqlı müsahibədə Azərbaycanın millət vəkili Azərbaycana və Türkiyəyə qarşı aparılan ikili…

“Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəli və stratejidir”

Türkiyənin “Öncə Vətən” qəzeti Milli Məclisinin deputatı Jalə Əhmədovadan xüsusi reportaj hazırlayıb.

“Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəli və stratejidir” başlıqlı müsahibədə Azərbaycanın millət vəkili Azərbaycana və Türkiyəyə qarşı aparılan ikili standartlar, Fransanın işğalçı Ermənistanı açıq şəkildə müdafiə etməsi haqqında fikirlərini bildirib. Jalə Əhmədova qeyd edib ki, tarixin bütün dövrlərində türk milləti ədalətsizliyə, terrora, qətliama məruz qalıb. Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasına göz yuman Qərb Qarabağ Zəfərindən sonra yenə də Ermənistanı dəstəklədi və Azərbaycan Prezidenti ölkəmizə qarşı tətbiq edilən ikili standartları, ədalətsizliyi dünya ictimaiyyətinin üzünə açıq aşkar söylədi.
“Ermənistan Zəngəzur dəhlizinin açılmasını əngəlləmək üçün bütün təxribatçı hərəkətlərdən istifadə edir”, – deyən Jalə Əhmədova müsahibəsində Ermənistanın 10 noyabr Bəyannaməsinin bəzi şərtlərinə əməl etmədiyini bildirib. Millət vəkili müsahibədə həmçinin erməni lobbisinin Azərbaycan və Türkiyəyə qarşı apardığı təbliğat məsələsinə də toxunub. “Təbliğatın qarşısını almaq üçün Milli Məclis tərəfindən zəruri qabaqlayıcı addımlar atılır və atılmaqdadır. Təbii ki, erməni lobbisinin Azərbaycana qarşı təbliğat aparmasının qarşısını almaq üçün belə tədbirlərin sayını artırmalıyıq. Bu mübarizədə diplomatlarımızın, siyasətçilərimizin, ziyalılarımızın, diasporlarımızın, xaricdə yaşayan soydaşlarımızın, xaricdə təhsil alan tələbələrimizin, QHT-lərimizin, KİV-lərin və ümumilikdə azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür”, – deyə J.Əhmədova bildirib.
Jalə Əhmədova, sarsılmaz tellərlə bağlı olan Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı, Türkiyənin Azərbaycanla əlaqələrinin çoxşaxəli və strateji xarakter daşıması, Qarabağ müharibəsi zamanı qardaş Türkiyənin iki dövlət, bir millət olaraq Azərbaycana mənəvi dəstəyi haqqında fikirlərini də ifadə edib.