VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
17.11.2021 08:48 ·

Paşinyan istəyir ki, Rusiya hərbçiləri… – Elxan Şahinoğlu

Ermənistanın baş naziri Nikol Paşinyan istəyir ki, Rusiya hərbçiləri Qarabağda olduqları kimi Ermənistan-Azərbaycan sərhəddində də yerləşsinlər. Paşinyan elə buna görə dünən Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bundan başqa Rusiyanın müdafiə naziri…
Ermənistanın baş naziri Nikol Paşinyan istəyir ki, Rusiya hərbçiləri Qarabağda olduqları kimi Ermənistan-Azərbaycan sərhəddində də yerləşsinlər. Paşinyan elə buna görə dünən Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bundan başqa Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarlarıyla telefon danışıqları olub. Nəticədə atəşkəs elan olunub. Ancaq bu müvəqqətidir. Çünki əgər Paşinyan sərhədin müəyyənləşməsiylə bağlı Bakı ilə danışıqlardan qaçırsa, Azərbaycan ordusunun sərhədin strateji nöqtələrində möhkəmlənməsindən başqa alternativi yoxdur.
Kreml bu vəziyyətdə nə edəcək? Putin rusiyalı hərbçiləri Qarabağa göndərdiyi kimi Ermənistan-Azərbaycan sərhədinə də göndərə bilərmi?
Kremlin rusiyalı hərbçiləri Qarabağa göndərmək planı İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən mövcud idi. Ancaq Kremlin rusiyalı hərbçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirməsi planı obyektiv səbəbdən olmayıb və indi də yoxdur. Obyektiv səbəbdən ona görə ki, Rusiya üçün Azərbaycan-Ermənistan sərhədi qeyri-müəyyəndir, rusiyalı hərbçilər gəlib sərhədin hansı hissəsində yerləşəcəklər? Misal üçün Azərbaycan sərhədçiləri Qara gölə nəzarət edirlər, Emənistan isə iddia edir ki, guya gölün böyük hissəsi onlara aiddir. Bu halda Rusiya hərbçiləri gölün hansı hissəsində yerləşəcəklər? Rusiyalı hərbçilər gölün kənarında yerləsşələr bu Ermənistanı narazı salacaq. Çünki bu o demək olacaq ki, Rusiya Qara gölün Azərbaycana aid olduğunu qəbul edib. Yox gəlib gölün ətrafından azərbaycanlı sərhədçiləri sıxışdırmağa çalışsalar bu Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Bu baxımdan indiki şərtlər altında Kreml nə Azərbaycanı, nə də Ermənistanı qıcıqlandırmaq istəyir.
Atəşkəsi qorumaq istəyən Kremlin yeganə alternativi iki ölkə arasında sərhədin delimitasiyasına və demarkasiyasına başlamaq üçün Paşinyanı zorla masaya otuzdurmaqdır. Yalnız bu halda sərhəddə gərginlik azalacaq və danışıqlar prosesi başlayacaq. Əks halda lokal toqquşmalar davam edəcək.
Elxan Şahinoğlu