VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
16.12.2021 09:39 ·

Vətəndaşlar razılaşmır, şirkət isə söküntü aparır — VİDEO

Bayıl qəsəbəsində yerləşən bir binadakı problemi gündəmə gətirmişik.  Binada yaşayan sakinlərdən bəziləri tikinti şirkəti ilə razılığa gəlməyib.  Onların razılığı əldə olunmadan, binada söküntü işlərinə başlanıb. Bu da sakinlərin narazılığına səbəb olub. Tikinti…

Bayıl qəsəbəsində yerləşən bir binadakı problemi gündəmə gətirmişik.  Binada yaşayan sakinlərdən bəziləri tikinti şirkəti ilə razılığa gəlməyib.  Onların razılığı əldə olunmadan, binada söküntü işlərinə başlanıb. Bu da sakinlərin narazılığına səbəb olub. Tikinti şirkəti iddialara cavab verib.

Binanın bir hissəsi xarabalığa çevrilib, bir hissəsində isə yaşayış davam edir. Buna səbəb bina sakinlərindən bəziləri ilə tikinti şirkəti arasında razılığın əldə olunmamasıdır. Buna baxmayaraq, şirkət söküntü işlərinə başlayıb.

Görüntülər paytaxtın Səbail rayonu, Qurban Abbasov küçəsi, 2 ünvanındandır. Sakinlər iddia edirlər ki, söküntü işlərinə bir neçə ay əvvəl başlanıb.

Sakinlər aparılan söküntü işlərinin binanı qəzalı vəziyyətə salmasından narahatdırlar. Üstəlik, səs-küy və kommunal xidmətlərin tez-tez dayandırılması onlara çətinlik yaradır.

Sakinlərin sözlərinə görə, bir vaxtlar onların binasının həyətində sakinlərin istirahəti və uşaqların oynamaları üçün geniş şərait olub. Lakin birinci mərtəbədə bir neçə mənzilin şirkət tərəfindən alınması ilə həyət də sökülüb, binanın yeganə girişi də bağlanıb.

Binadakı mənzillərin bir hissəsini alan “Rahat Həyat” şirkətinin nümayəndəsi Arzu Məmmədov isə bildirir ki, söküntü işlərini onlar yox, mənzillərini satan sakinlər özləri icra edirlər. Onun sözlərinə görə, sakinlərlə razılığa gəlinməməsinin səbəbi vətəndaşların həmin ərazidən mənzil və ya razılaşan digər sakinlərdən daha çox ödəniş istəmələridir.

Hüquqşünas Anar Ramazanov deyir ki, qanunvericiliyə əsasən, vətəndaşların razılığı olmadan binada heç bir halda söküntü işləri aparıla bilməz. Əks halda, bu, mülkiyyət və mənzil hüquqlarının birbaşa kobud pozuntusu halıdır. Vətəndaşlar mülkiyyət hüququna müdaxilə ilə bağlı məhkəməyə müraciət edə bilərlər.