Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıran şəxs həbs edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 13-də Yevlax rayonunda 2008-ci il təvəllüdlü N. M-nı qaçıran əmisi Elçin Mustafayev Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Xatırladaq ki, dekabrın 13-də Yevlax rayon sakini İ. Mustafayev polisə müraciət edərək qızı, 2008-ci il təvəllüdlü N. M-nın itkin düşdüyünü bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının doğma əmisi tərəfindən qaçırılaraq Bakı şəhərinə gətirildiyi müəyyən edilib. Hər iki şəxsin yeri müəyyən edilib və onlar saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə təhvil verilib.
