VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
27.12.2021 15:16 ·

Yaponiyanın “Tokyo Engineering Consultants” şirkətinin nümayəndələri ilə görüş keçirilib – FOTOLAR

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Respublikası hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nin məsləhətçisi “Tokyo Engineering Consultants” şirkətinin nümayəndələri ilə görüş keçirilib. “Azərsu” Açıq Səhmdar…

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Respublikası hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nin məsləhətçisi “Tokyo Engineering Consultants” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov  Azərbaycanda həyata keçirilən  infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini bildirib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib.  Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalan şəhərlərində içməli su təchizatı və tullantı su sistemləri yenidən qurulub.

Məsləhətçi şirkətin nümayəndəsi Naoto Toda “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi”  çərçivəsində işlərin uğurla icra edildiyini vurğuyaraq həyata keçirilən layihələrin əhalinin sosial rifahının və məişət şəraitini yaxşılaşdırdığını diqqətə çatdırıb: “Kiçik Şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”  üzrə kredit sazişi bu ilin sonunda başa çatır, buna görə Azərbaycanı tərk edəcəyəm. 10 ildən artıq ölkənizdə çalışdım və “Azərsu” ASC ilə əməkdaşlıqdan çox məmnun qaldım”.

Qeyd edək ki, Azərbaycan  hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində 5 şəhər və rayon mərkəzində (Qusar, Xaçmaz, Xızı, Qobustan,  Naftalan) su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub. Bu şəhərlərdə yeni su mənbələri yaradılıb, anbar kompleksləri, magistral xətlər, içməli və tullantı su şəbəkələri, kollektorlar və tullantı sutəmizləyici qurğular inşa edilib.