Avstriyada koronavirusa qarşı peyvənd məcburi hala gəlib.
Bu barədə parlamentdə qərar qəbul edilib. Qərarın lehinə 137, əleyhinə 33 deputat səs verib. Bununla da, fevral ayının 1-dən etibarən ölkədə 18 yaşı tamam olan hamı məcburi olaraq peyvənd olunmalıdır. Martın 15-nə qədər vətəndaşlara cəza tətbiq edilməyəcək. Bu müddət ərzində təbliğat işləri aparılacaq. Martın 15-dən etibarən peyvənd olunmayanlar 3600 avro cəzalandırılacaq.
