İsa bəy Aşurbəyov — həyatı və yaradıcılığı

Şrift
İsa bəy Aşurbəyov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İsa bəy Aşurbəyov — həyatı və yaradıcılığı.

İsa bəy Aşurbəyov 1878-ci ildə Bakı şəhərində doğulub. 1905-ci il hadisələrindən sonra çarizmin müstəmləkə zülmünə qarşı mübarizə aparan sosialistlərə yaxınlaşaraq "Difai", "İttihad" və "Hümmət" partiyalarına üzv olub. 1905-ci ildə nəşr edilən Ə.

Ağaoğlunun "İrşad"ında naşirlik fəaliyyətinə başlayır, həmçinin 1906-cı ildə sosial-demokrat qəzeti "Dəvət"in redaktor-naşiri olur. 1910-cu ildə 4 il müddətinə Bakı şəhər dumasının üzvü seçilən İsa bəy müsəlmanların "Nicat" maarif təşkilatının, Bakı quberniyası əhalisinin savadsızlığının ləğvi üçün yaradılmış H. Z.

Tağıyevin başçılıq etdiyi "Nəşri-maarif"in, "Səadət" ruhani və uşaqları aclıqdan və ölümdən xilas edən "Bir damla süd" cəmiyyətlərinin işində fəal iştirak edir. I dünya müharibəsi illərində türk əsirlərinə kömək məqsədilə yaradılan, qeyri-qanuni fəaliyyət göstərən "Qırmızı xaç" cəmiyyətinin işinə köməklik edir. Ü.

Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşalarından biri Aşurbəyovun Persidski (indiki Murtuza Muxtarov) küçəsindəki evində olub. 1912-ci ildə H. Z.

Tağıyevin "Kaspi" qəzetinin mətbəəsində fəaliyyət göstərib, sonradan həmin mətbəəni icarəyə götürərək şəxsi mülkünün zirzəmisində yerləşdirib, M. Ə. Sabirin satirik şeirlərini, müəllimlər üçün həftəlik "Şəlalə" və "Vodopad", şagirdlər üçün isə "Məktəb" jurnallarını Azərbaycan və rus dillərində nəşr etdirib. 1918-ci ildə mart soyqırımı zamanı şəxsi əlaqələrindən istifadə edərək türk qoşunlarının Bakıya daxil olmasına kömək göstərib.

AXC dövründə Xalq Maarifi Nazirliyinin nəzdindəki nəşriyyata rəhbərlik edib. Sovet hakimiyyəti qurulduqdan sonra yenidən nəşriyyata rəhbərlik etməyə dəvət olunub, lakin 1925-ci ildə N. Nərimanovun ölümündən sonra tutduğu vəzifədən uzaqlaşdırılan İ.

Aşurbəyov dostlarının köməyilə Səhiyyə Nazirliyinin dərman bitkiləri şöbəsinə işə düzəlir və uzun müddət Naxçıvanda ezamiyyətdə olur. Ərəb və fars dillərini mükəmməl bildiyinə görə, SSRİ EA Azərbaycan filialına işə dəvət edilib və tərcüməçi kimi fəaliyyət göstərib. "Xarici ölkələrlə casusluq əlaqələrinə və millətçi hərəkatda iştirakına görə" 1937-ci il dekabrın 31-də həbs edilib və 1938-ci ilin oktyabrında "millətçi" kimi güllələnib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗