Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə TARİXÇƏ….
TARİXÇƏ… …1947-ci ildə Bakıda tramvayda iki yeniyetmə qız qəfil bir elanla rastlaşır: "7-ci sinfi bitirən oğlan və qızlardan kim yeni açılan Neft Texnikumuna sənəd versə, imtahansız qəbul olunacaq və ayda 264 rubl təqaüd də alacaq". Həmin xanımlar təqaüdə görə bu elanın arxasınca gedirlər…
Vaxt gəlir, həmin 15 yaşlı qızlardan biri nəinki Azərbaycanın, hətta SSRİ-nin tarixinə düşür. 29 yaşında Azərbaycan SSR-in məişət xidməti və yerli təsərrüfat naziri seçilir. Söhbət Nəbibə Həsənovadan gedir.
O, 28 yaşında nazir müavini, bir il sonra isə nazir seçilməklə SSRİ tarixinin ən gənc naziri adını qazanıb. … Moskva Texniki-Yüngül Sənaye İnstitutunu çətinliklə oxuyan bu tələbə rus dilini yaxşı bilmədiyindən marksizm-leninizm kimi ağır fəndən kəsilir.
Moskva kimi böyük şəhərdə çətinliklərə baxmayaraq həm çalışır, həm də rus dilini öyrənirdi. Tolstoyun "Anna Karenina” romanı ona bu dili mənimsəməkdə kömək olur. 1955-ci ildə institutu bitirir.
Bakıdakı Əli Bayramov adına Tikiş fabrikinə mühəndis kimi təyinat alır… Çox keçmir ki, onu respublika yerli sənaye nazirinin müavini təyin etdilər. Bir gün Azərbaycan SSR MK-nın sədri A.
Əmirov onu kabinetinə dəvət edir və kiçik bir konverti ona verir. Yalnız onu bildirir ki, "sən bu konverti SSRİ MK-ya təqdim etməlisən”. Nəbibə Həsənova bilməmişdi ki, əslində konvertdə onun nazir kimi yuxarılara təqdimatı yazılıb.
Moskvadan qayıdanda artıq respublikanın məişət xidməti və yerli təsərrüfat naziri idi. O vaxt Moskvada nəşr olunan «Oqonyok» jurnalında dərc edilmiş şəklin altında yazılmışdı: «SSRİ-nin ən cavan (29 yaşlı) qadın naziri Nəbibə Həsənova». Karyerası müddətində ona mane olmaq istəyənlər çox olub.
Xüsusən də ermənilər bu işdə aktivlik göstəriblər. Amma Nəbibə xanım da sakit durmayıb. Bir gündə düz 12 erməni direktorunu işdən azad edib.
Onun erməni əsilli 12 direktoru respublika rəhbərliyi ilə məsləhətləşmədən vəzifədən azad etməsi yuxarılarda birmənalı qarşılanmayıb. Hətta sensasiya doğurub…
