Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə … Dəli Alı Məhərrəm oğlu — həyatı və yaradıcılığı.
… Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Səmkirin Keçili kəndində doğulub. 1905-ci ildə ermənilərin fəallaşması, müsəlmanlara, türklərə qarşı haqsızlıqları Qafqazi Qartalı Dəli Alını hərəkətə keçməyə vadar edir. Dəli Alı kəndlərdən yığılmış 2 minə yaxın gənclə Gəncə şəhərinə daxil olur.
Dəli Alının hərəkətindən rusun məsul idarəçi şəxsləri və ermənilər qorxuya düşür və onlar müsəlmanlarla danışıqlara başlayırlar. General qubernator 10 müsəlman, 10 erməni olmaq şərti ilə sülh barışığı təklif edir. Dəli Alı bir gün şəhərdə qaldıqdan sonra xalqın alqışları ilə şəhəri tərk edir.
Bu əməl müsəlmanların, türklərin, Gəncə və gəncəbasarlıların yaddaşına yazılır, Dəli Alının qəhrəmanlığı ilə qürur duyurlar. Gəncədə tanınmış, Çar Rusiyasında məşhur zərgər olan Zərgər Ağamirzə ona düzəltdiyi, üstündə "Alımərdi-mərdana, budur girdi meydana" sözləri yazılmış qızıl xəncər bağışlayır. 1907-ci ildə Dəli Alı Kərbəla ziyarətində olur, qayıtdıqdan sonra Şimali Qafqaza göndərilən xristian osetin alayı tərəfindən mühasirə edilmiş iki düşmən arasında cərəyan edən şiddətli çarpışma bu dəfə də Alının müvəffəqiyyəti ilə nəticələnir. Çar rejimi Dəli Alıya qarşı tam mübarizə apara bilmirdi, bu səbəbdən Rus hökuməti onu bağışlamaq qərarı verir.
Silah daşımaq qəti yasaq olmasına baxmayaraq ona silahla gəzməyə icazə verilir. Bundan sonra, 50–60-dan artıq rus məmurunu öldürən Alı çarlığın 300 illiyi münasibətilə keçirilən mərasimdə iştirak üçün qonaq qismində dəvət olunur və Petroqradda Qolitsın tərəfindən çara təqdim edilir. Dəli Alı Romanovların 300 illiyində iştirak edir və çar II Nikolayla görüşür.
Dəli Alı 1917-ci ildə öz nökəri tərəfindən öldürülüb. Qəsdin səbəbləri tam aydın olmasa da, görünür qatil kiminsə sifarişini yerinə yetirib. Kərbəlayi Alı Məhəmməd oğlunun məzarı müqəddəs məkan sayılan "İmamzadə" məqbərəsi ətrafındakı qəbiristanlıqdadır…
#dim #sertifikasiya #miq #abituriyent
