Məhəmmədbəyov Qazi Əhməd-1889-cu ildə Dağıstanın Axtı qəsəbəsində doğulub.

Şrift
Məhəmmədbəyov Qazi Əhməd-1889-cu ildə Dağıstanın Axtı qəsəbəsində doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məhəmmədbəyov Qazi Əhməd-1889-cu ildə Dağıstanın Axtı qəsəbəsində doğulub..

Məhəmmədbəyov Qazi Əhməd-1889-cu ildə Dağıstanın Axtı qəsəbəsində doğulub. Odessa universitetində hüquq təhsili alıb. Azərbaycanda milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, N.

Yusifbəyli hökumətinin, Zaqafqaziya Seymi Müsəlman fraksiyasının, 1918-ci il, mayın 26-da Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olub. Milli Şuranın 1918-ci il, 19 noyabr "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, seçkisiz Cümhuriyyət parlamentinin tərkibinə daxil edilib. Əvvəllər "Müsavat" partiyasının üzvü olsa da, sonra "İttihad" partiyasına keçib.

O, "İttihad" partiyasının sədr müavini olub. Məhəmmədbəyov 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı Rusiya imperiyasına qarşı Samur-Axtı üsyanına başçılıq edən Qazi Məhəmməd bəyin nəvəsi, bəzi mənbələrə görə isə Şeyx Şamilin nəticəsi idi. Vəkilliklə məşğul olub. 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru kimi çalışıb.

1920-ci ildə məhkəmədə hakim kimi işləyib. Parlamentdə "İttihad" fraksiyasını təmsil edib. İki adı olub: Xanbaba və Qazı Əhməd.

Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki, Qazı Əhməd bəyin ikinci adı Xanbaba idi.

Bəzi mənbələrdə Qazı Əhməd bəyin adında "bəy" titulu istifadə olunmayıb, həmçinin, adı və soyadı müxtəlif cür yazılıb : "Qazıəhməd", "Xanbaba", "Canbaba", "Babaxan", "Qazı Əhməd", "Məmmədov"; "Məmmədbəyov" və ya "Məhəmmədbəyov". 1937-ci ildə vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗