Vəli bəy Sadıq bəy oğlu Yadigarov — həyatı və yaradıcılığı

Şrift
Vəli bəy Sadıq bəy oğlu Yadigarov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Vəli bəy Sadıq bəy oğlu Yadigarov — həyatı və yaradıcılığı.

Vəli bəy Sadıq bəy oğlu Yadigarov 1898-ci ildə Borçalının Təkəli kəndində doğulub. Bu nəsildən 1918-1920-ci illərdə Milli Orduda 8 nəfər zabit şərəflə xidmət edib. Vəli bəy Yadigarov ilk hərbi təhsilini 1909-1916-cı illərdə Tiflis hərbi gimnaziyasında alıb. 1916-cı ildən Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməya başlayıb.

I Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilib və məşhur "Brusilov hücumu"nda iştirak edib. 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olub. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilib. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşub və həmin il Türkiyəyə, sonra Polşaya mühacirət edib.

Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub. Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət edib. Argentinada Azərbaycan Türkləri Milli Ocağını qurub.

1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat edib. Öz vəsiyyətinə əsasən müsəlman adəti ilə və Şopenin dəfn marşının sədaları altında Polşada, Varşava qəbristanlığında torpağa tapşırılıb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗