Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1964-cü ildə Şamxora (Şəmkir), Dəllər kənd sovetliyinə gələn bir məktub çox təsirlidir..
1964-cü ildə Şamxora (Şəmkir), Dəllər kənd sovetliyinə gələn bir məktub çox təsirlidir. Vasili Lazareviç Suvorov adlı şəxs 55 ildən sonra yazdığı məktubda 1908-1917- ci ildə dərs dediyi şagirdləri, müəllimləri və kənd camaatının vəziyyətini soruşurdu. O, hətta məktubunda göstərir ki, Dəllərdə nüfuzu ilə seçilən Sarı kişi qızı Gilası ilk olaraq rus dilini öyrənmək üçün həmin məktəbə gətirmişdi.
Yüzlərlə müəllim və şagirdin yetişdiyi həmin məktəb isə Şamxorun Dəllər-Cəyir kəndində Muxtar bəy Mürşüdovun evində təşkil olumuşdu. Şəmkir mahalının Dəllər-Cəyir kəndində yaşamış Muxtar bəy dediyindən dönməyən, el-obasının təəssübünü çəkən mərd kişi olub. O, xalqı üçün xeyirxah işlər görməyi qarşısına məqsəd qoymuşdu.
Kənd camaatının savadlanması üçün evinin bir hissəsini məktəb etmiş və Rusiyadan bir nəfər müəllim gətirdərək (daha doğrusu, muhacir), uşaqlara dərs deyilməsini təşkil etmişdi. Vasili Suvorov adlı müəllim Şamxorun Dəllər-cəyir kəndində Muxtar bəyin təşəbbüsü ilə ilk rus-tatar məktəbi açmışdı. Dəllər-Cəyirdə dərs almaq üçün qonşu kənd və rayonlardan da Vasili Suvorov məktəbinə xeyli kasıb uşaqları gəlirdilər.
Muxtar bəy istəyirdi ki, xalqın uşaqları savadlı böyüsünlər. Bu məktəbdə ərəb və fars dillərinin öyrənilməsinə Muxtar bəy xüsusi səy göstərirdi. Muxtar bəyin kasıbların tərəfini tutması yerli bəyləri narazı salmışdı.
Bələliklə, yerli bəylərdən birinin öldürülməsi nahaq yerdən Muxtar bəyin üstünə atılmışdı. Hətta Muxtar bəy 4 gün həbsxanada qalmışdı. Kəsəmənli Qaçaq Kərəm , Hacıqabullu Ələsgər oglu Məşədi Yolçu və Qaranüydən Bayramqulu Muxtar bəyin bu işdən xəbəri olmadığını subut etmiş və onu həbsdən azad etdirmişdilər.
Muxtar bəyin də övladları, qardaşı övladları qohumları, ətraf kəndlərdən və rayonlardan gəlib həmin məktəbdə təhsil almışdılar. Zəmanəsinin görkəmli ziyalıları da bu nəsildən olublar. Muxtar bəyin oğlu İbrahim müəllim Ulu Öndər Heydər Əliyevlə birlikdə dövlət təhlükəsizlik orqanlarında çalışmışdı…
Dəyərli dostlar, bu məlumatı izləyicilərimizdən birinin qeydləri əsasında paylaşdım. Əgər sizdə də belə maraqlı məlumatlar varsa, yazın, səhifəmizdə işıqlandıraq…
