Hacı Kərim Kərbəlayi Hüseyn oğlu (Sanıyev) Sanılı 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsə…

Şrift
Hacı Kərim Kərbəlayi Hüseyn oğlu (Sanıyev) Sanılı 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsə…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Hacı Kərim Kərbəlayi Hüseyn oğlu (Sanıyev) Sanılı 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsə….

Hacı Kərim Kərbəlayi Hüseyn oğlu (Sanıyev) Sanılı 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsəmən kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim kimi tanınan Sanılı 1886-1893-cü illərdə mollaxanada oxuyub, 1898-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib. 1898-1902-ci illərdə Zəngəzur qəzasının Xaçmaz kənd məktəbində, 1902-1904-cü illərdə Gəncə Şəhər rus-müsəlman məktəbində, 1905-1918-ci illərdə Qazax qəzasının Poylu və Dağ Kəsəmən ibtidai məktəblərində müdir işləyib.

1905-ci ildə siyasi fəaliyyətə başlayıb, "Difai” partıyasının fəaliyyətində yaxından iştirak edib. 1917-ci ildən Tiflis menşevik "Hümmət" təşkilatının üzvü olub. 1918-ci ildə Qazax qəzasının general-qubernatoru vəzifəsində çalışıb.

1918-ci ilin noyabrında "Hümmət" partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilib, Sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olub. 1918-1920-ci illərdə "Müsavat" partiyasına qarşı mübarizə aparıb, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təxribatların həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycanda sovet hakimiyyəti illərində xalq maarifı sahəsində çalışıb, Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda (1933-1935), Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində (1933-1936) müəllim, Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunda elmi işçi, Bakı Xalq Maarifı Şöbəsində inspektor işləyib.

H. Sanılı bədii yaradıcılıqla məşğul olub, "Aran köçü", "Namus davası", "Turut qaçaqları", "Zülmün sonu", "Novruz və Gülarə" kimi lirik-epik poemalarının, "Canavarlar hökuməti" mənzum satirik əsərinin, lirik şerlərin müəllifi kimi tanınıb. 1937-ci ildə repressiyaya məruz qalıb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗