Nazlı Məmmədağa qızı Nəcəfova — həyatı və yaradıcılığı

Şrift
Nazlı Məmmədağa qızı Nəcəfova — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Nazlı Məmmədağa qızı Nəcəfova — həyatı və yaradıcılığı.

Nazlı Məmmədağa qızı Nəcəfova 1890-cı ildə Naxçıvanda doğulub. Babası və ulu babası-Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olublar. Məşhur Kəngərlilər nəslindəndir.

Nazlı Tahirova (ilk familiyası) qardaşı, çar Rusiyasının polkovniki Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olub. M. Ə.

Sabir, N. Vəzirov, H. Zərdabi, Ə.

Haqverdiyev kimi maarifçilərdən 8 il dərs alıb. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıdıb. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün ayrıca sinfin açılması Nazlı xanımın ilk cəhdidir və bu sinfi tikiş dərsləri adı altında gizlətməli olub.

İlk qızlar sinfi onun işlədiyi 4 il ərzində zorakı hücumlara məruz qalıb. 1912-ci ildə Tahirovlar ailəsi Naxçıvana qayıdıb, o, əvvəlcə qızlar məktəbində müəllim, sonra pedaqoji məktəbin müdiri olur. Gənc müəlliməyə qarşı ciddi hədələr Nazlı xanımı məvacibinin təxminən yarısını mühafizəçilərə ödəməyə vadar etmişdi. 1917-ci ilin oktyabr ayında Rəşidbəy Əfəndiyev Naxçıvanda yaradılmış "qız məktəbi"nin müdiri olur.

Həmin məktəbin dərs müdiri Nazlı xanım və teatrın gənc rejissoru Rza Təhmasibin köməyi ilə məktəbdə şagirdlərdən ibarət dram dərnəyi yaradılır. 1921-ci ildə onu qətlə yetirmək məqsədilə bir qrup quldur Nazlı xanımın evinə basqın edir. Xoşbəxtlikdən о, Azərbaycanın Müəllimlərinin Qurultayında iştirak etmək üçün gecə ikən Bakıya yola düşmüşdü. Həyat yoldaşı Nəcəfqulu Nəcəfоv onun maarifçilik ideyalarının həyata keçirilməsinə və şəxsi mühafizəsinə dəstək göstərirdi.

1937-ci ildə Nazlı Nəcəfovanın həyat yoldaşı həbs edilir. Təxminən 20 ildən sonra gecikmiş bəraətə baxmayaraq Nazlı xanım bir daha onu görə bilmir. 1942-ci ildə "xalq düşməninin həyat yoldaşı" kimi Qazaxıstana sürgün edilir.

Onun 2 azyaşlı uşağı olan böyük oğlu orduya aparılır. 1946-cı ildə ona Azərbaycana qayıtmağa icazə verilsə də, Naxçıvanda qalmağa icazə verilmir. О, Göyçay rayonunun 2 böyük kənd məktəbində azərbaycan və rus dilləri üzrə ən tanınmış müəllimələrdən biri olur. 1959-cu ildə Naxçıvana qayıtdıqdan sonra yenidən müəllimlik edir. 1977-ci ildə Naxçıvanda dünyasını dəyişir…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗