Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1939-cu ildə Beyləqan rayonu Andrey Jdanovun adı ilə yaradılıb..
1939-cu ildə Beyləqan rayonu Andrey Jdanovun adı ilə yaradılıb. 1963-cü ildə İmişli ilə birləşdirilib, 1964-cü ildə ayrılaraq 1988-cu ilədək yenə Jdanovun adını daşıyıb. Bəs Jdanov kimdir?1896-cı ildə Ukraynanın Mariupol şəhərində doğulan A.
Jdanov 1915-ci ildə bolşeviklərə qoşulub və tez bir zamanda partiya sıralarında yüksəlib. Stalinin yaxın adamı olan Jdanov, 1934-cü ildə Mərkəzi Komitənin katibi, həmin ilin sonunda isə Sergey Kirovun qətlindən sonra Leninqrad partiya komitəsinin sədri vəzifəsinə yüksəlib. O, "Böyük təmizləmə" zamanı xüsusi rol oynayıb.
1939-cu ildə Siyasi Büronun həqiqi üzvü, Kommunist Partiyasının ikinci katibi və Mərkəzi Komitənin təbliğat şöbəsinin müdiri vəzifələrinə irəli çəkilib. Jdanovun siyasi mövqeyi İkinci Dünya müharibəsinin başlanğıcında SSRİ-Fin müharibəsi ilə əlaqəsi və Molotov-Ribbentrop paktının uğursuzluğu səbəbindən əhəmiyyətli dərəcədə sarsılır. Buna baxmayaraq, o, Estoniyanın Sovet İttifaqı tərəfindən ələ keçirilməsinə nəzarət edir və Leninqradın müdafiəsində aparıcı rol oynayır.
Müharibədən sonra Jdanovun vəziyyəti xeyli yaxşılaşır. O, aqressiv xarici siyasətin formalaşdırılmasında mühüm rol oynayır və 1947-ci ildə "Kominform"un yaradılmasına nəzarət edir. Sovet İttifaqının mədəniyyət siyasətinə rəhbərlik etmək də ona həvalə edilmişdi.
Onun "Jdanov doktrinası" və ya "Jdanovşina" kimi tanınan kampaniyası ciddi şəkildə tətbiq edilib və Anna Axmatova və Dmitri Şostakoviç kimi qeyri-konformist sənətkarların donosçuluğa məruz qalmasına səbəb olub. Əvvəlcə Stalinin varisi hesab edilən Jdanov səhhətindən əziyyət çəkirdi və Yuqoslaviya ilə SSRİ-nin ayrılması nəticəsində gözdən düşməyə başlamışdı. 1948-ci ildə 52 yaşında ürək çatışmazlığından vəfat edib və Kreml divarının nekropolunda dəfn edilib…
