Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə ….
… Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə doğulub. 7 yaşında ikən Tiflisdəki qız pansionunda, sonra isə Qızlar Gimnaziyasında təhsil alıb. 1907-1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbində oxuyub.
Məşhur rus rəssamı Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirərək ondan Moskvada təhsilini davam etdirməsini istəyib, lakin dövrün sərt tələbləri buna imkan vermir və Qeysər Tiflis mühiti ilə kifayətlənməli olur. O, Tiflisdə Qadın Xeyriyyə Cəmiyyətinin tədbirlərinin birində Şirin bəy Kəsəmənli ilə tanış olur. Onlar ailə həyatı qurur və bu evlilikdən qız övladı dünyaya gəlir.
AXC-nin qurulmasından sonra Qeysər xanım Tiflisdən Bakıya köçür. Sovet hakimiyyəti illərində o, Bakıda rəsm dərsləri verir, jurnal üçün illüstrasiyalar çəkir. 1930-cu ildə Qeysər xanım ikinci dəfə, Zülfüqar Seyidbəyli ilə ailə həyatı qurur, lakin onun bu evliliyi də uzun sürmür, Zülfüqar bəy siyasi səbəblərə görə 1938-ci ildə həbs edilir.
Çox keçmədən onlar sürgün edilir. Qeysər xanım 1950-ci ildə yenidən Azərbaycana qayıdır və 1972-ci ildə aprelin 17-də Bakı şəhərində vəfat edir. "Qoqolun portreti", "Azərbaycan ziyalısı", "Küpəgirən qarı", "İ.
Qonçarovun portreti", "Azərbaycan ziyalısı", və s. əsərləri özünəməxsus sənətkarlığı ilə seçilir. Otuzuncu illərdə ərinin "xalq düşməni" adı ilə güllələnməsindən sonra, özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olur.
Qeysər xanımın bizə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır…
