Bakı şəhərində Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır.

Şrift
Bakı şəhərində Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bakı şəhərində Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır..

Bakı şəhərində Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır. Onun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti 27 avqust 1948-ci ildə aşağıdakı qərarı qəbul edir: 1. Bakı Şəhər İcraiyyə Komitəsinə (A.

Buzdakov və T. Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın. 2.

Azərbaycan SSR Nazirlər Soveti Yanında Arxitektura İşləri İdarəsinə təklif edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq, Azərbaycanın görkəmli elm və incəsənət xadimlərinin 12 nəfərinin qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın. 3. Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşlarının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsınlar, 1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun.

Həmçinin, Vidadinin qəbirüstü abidəsinin qoyulmasına Qazax Rayon İcraiyyə Komitəsinə 15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin hazırlanması üçün Şamaxı rayon icraiyyə komitəsinə 30 min manat məbləğində vəsait ayrılsın. 4. Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinə tapşırılsın ki, Fəxri Xiyabanın tikintisi üçün Bakı Şəhər İcraiyyə Komitəsini lazım olan miqdarda sementlə təmin etsin.

Nazirlər Sovetinin sərəncamına əsasən, 1948-49-cu illərdə Çəmbərəkənd və şəhər qəbiristanlığında dəfn olunmuş bir neçə mərhumun nəşi Fəxri Xiyabanda yenidən torpağa tapşırılır. 1948-ci ildə Fəxri Xiyabanda ilk dəfn olunanlar: Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Cabbar Qaryağdı, Rüstəm Mustafayev, Əzim Əzimzadə, Hüseynqulu Sarabski. Mir Cəfər Bağırovun vaxtında, 1948-ci il noyabrın 23-də ilk dəfə birbaşa çiyinlərdə Fəxri Xiyabana gətirilən Üzeyir Hacıbəyovun cənazəsi olub.

Hazırda Bakıda I, II və III Fəxri Xiyaban var…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗