Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Heydər Sadıq oğlu Vəzirov — həyatı və yaradıcılığı.
Heydər Sadıq oğlu Vəzirov 1893-cü ildə Nehrəmdə doğulub. İlk təhsilini Naxçıvanda "Üsuli-cədid" məktəbində alıb. 1913-cü ildə İrəvan seminariyasını bitirib və gimnaziyanın səkkizinci sinfinə imtahan verib.
Birinci Dünya müharibəsi başlananda qısa müddət hərbi məktəbdə təhsil alıb və ön cəbhəyə göndərilib. 1915-ci ilin iyun ayında kiçik zabit rütbəsində Qalitsiya uğrunda gedən döyüşlərdə almanlar tərəfindən əsir alınsa da, 1918-ci ildə hərbi əsirlər dəyişdiriərkən yaralılar sırasından keçərək Türkiyədən Azərbaycana qayıdıb. 1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun kiçik komandirlər hazırlayan məktəbində müəllim işləyib. 1937-ci ildə repressiya məruz qalıb və ailəsi ilə birlikdə məhv edilib. Maraqlı bir faktı da qeyd edək ki, aprel işğalından sonra məktəbin kollektivi ilə birlikdə Sovet hakimiyyəti tərəfinə keçib, Ermənistanda, həmçinin, Azərbaycan qəzalarında daşnaklara və banditizmə, Gürcüstanda menşeviklərə qarşı hərbi əməliyyatlarda iştirak edib.
Heydər Vəzirov Respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında böyük xidmətlər göstərib. O, 1925-1927-ci illərdə Göyçay Qəza İcraiyyə Komitəsinin sədri, 1927-1934-cü illərdə isə Azərbaycan SSR Xalq torpaq komissarı vəzifələrində işləyib. AKP 12-ci və 13-cü qurultaylarında MK üzvü, Azərbaycan MİK(8-ci çağırış), ZSFSR MİK(7-ci çağırış) və SSRİ MİK -in (7-ci çağırış) üzvü seçilib.
1923-cü ildə "Qırmızı Bayraq ordeni" ilə təltif olunub…
