Mirqasım Mikayıl oğlu Çeşmazər — həyatı və yaradıcılığı

Şrift
Mirqasım Mikayıl oğlu Çeşmazər — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirqasım Mikayıl oğlu Çeşmazər — həyatı və yaradıcılığı.

Mirqasım Mikayıl oğlu Çeşmazər 1920-ci ildə doğulub. 1944-cü ildə yaradılan Tudə partiyasının Təbriz Komitəsinin üzvü olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, 1945-ci il dekabrın 10-dan 1946-cı il yanvarın 15-ə qədər Təbriz fədai dəstələrinin komendantı, 1946-cı ilin yanvarından iyun ayına qədər isə S.

C. Pişəvərinin köməkçisi olub. 1946-cı il aprelin 26-da Azərbaycan Radio Komitəsinin nəzdində açılan Təbriz radiosunun sədri olub. 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaradılmasının birinci ildönümündə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif olunub.

1946-cı ildə S. C. Pişəvəri, Mirqasım Çeşmazər və digərlərinin təşəbbüsü ilə Tehran qoşununun Azərbaycana gəlməsinə müqavimət göstərmək məqsədi ilə "Babək müqavimət dəstəsi" yaradılıb.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya gəlib. Burada "Azərbaycan Demokrat Firqəsinin yaranması və fəaliyyəti" mövzusunda elmi işi müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. AMEA-nın Şərqşünaslıq İnstitutunda «Cənubi Azərbaycan tarixi» şöbəsində elmi fəaliyyətlə məşğul olub.

Mirqasım Çeşmazər 1954-cü ildə Azərbaycan Demokrat Firqəsinin konfransında seçkilər yolu ilə firqənin sədri seçilib. 1954-1959-cu illərdə Azərbaycan Demokrat Firqəsinin sədri olub. 1988-ci ildə Bakıda başlayan Meydan hərəkatının (Azərbaycan Milli Azadlıq Hərəkatının) fəal iştirakçısı olub. 2000-ci ildə dünyasını dəyişib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗