Azərbaycan tarixinin müəmmalı və tam öyrənilməyən səhifələri çoxdur.

Şrift
Azərbaycan tarixinin müəmmalı və tam öyrənilməyən səhifələri çoxdur.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycan tarixinin müəmmalı və tam öyrənilməyən səhifələri çoxdur..

Azərbaycan tarixinin müəmmalı və tam öyrənilməyən səhifələri çoxdur. Belə hadisələrdən birini sizə təqdim edirik. 1921-ci ilin əvvəllərində neft sənayesində işləmək üçün Neft Komitəsinin Moskvadan göndərdiyi rəhbərliyin təşəbbüsü ilə general Vrangelin 7,5 min nəfərdən ibarət keçmiş əsgərləri İstanbuldan Bakıya gətirildi. Onların sırasında müxtəlif təxribatçı ünsürlər, gizli əksinqilabçılar, ermənilər və ağqvardiyaçı zabitlər də var idi.

Zaqafqaziya eserləri və müsəlman qrupları ilə əlaqəsi olan polkovnik Qaydukovun başçılığı ilə 1921-ci ilin aprelində onlar Ramanada terror aktları keçirməyə başladılar. Məqsədləri əhalinin gözünü qorxutmaq və Bakını yandırmaq olan gizli eser təşkilatı isə 1922-ci ildə Bakının neft sənayesi müəssisələrində silsilə yanğınlar törətdi. 1922-ci il aprelin 10-da bir gün ərzində Ramana, Suraxanı və Balaxanı mədənlərində təxribatçılar 3 böyük yanğın törətmişdilər.

Balaxanı və Ramana yanğınlarını fəhlə dəstələri çox çətin, sərt xəzri küləyinin tüğyan etdiyi mürəkkəb vəziyyətdə əzmkarlıqla tez söndürdülər. Ən qorxulu yanğın Suraxanıda, gündə 160 min pud neft verən 5-ci mədəndə olmuşdu və onun alovları güclü əsən küləklə bütün neft mədəni rayonunu tamamilə sıradan çıxmaq təhlükəsi yaratmışdı. Bu yanğın mühəndislər F.

Rüstəmbəyov, İ. S. Sorokin və Kusminskinin başçılıq etdiyi fəhlə dəstələrinin səyi nəticəsində aprelin 11-də səhərə yaxın söndürülmüşdü.

Ümumittifaq MİK 1922-ci ilin avqustunda yanğınla mübarizədə fədakarlıq göstərmiş Bakı fəhlələrini Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etmişdi…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗