Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə …1 avqust 1918-ci ildə Bakı şəhərində daşnaklar və menşeviklər tərəfindən qurulan və ta….
…1 avqust 1918-ci ildə Bakı şəhərində daşnaklar və menşeviklər tərəfindən qurulan və tanınmayan dövlət tarixə “Sentrokaspi Diktaturası” adı ilə düşüb. Bakı Kommunasını devirən diktatura cəmi 45 gün hakimiyyətdə qalıb. Sentrokaspi Diktaturası 5 nəfər diktatordan ibarət idi.
Bakı Kommunasını devirən əsas şəxslər isə Xəzər donanmasından H. Tuşov (diktatorlardan biri), Peçenkin, M. Tyuşkov, Buşev, Lemley (diktatorlardan biri), Yermakov (diktatorlardan biri), eserlərdən Lev Umanski, Abram Veluns (diktatorlardan biri), menşeviklərdən Qriqori Ayollo, M.
Sadovski, daşnaklardan A. Arakelyan və S. Məlik-Elçiyan idi.
İngilis Lionel Denstervil tərəfindən göndərilən polkovnik C. B. Stokesin rəhbərlik etdiyi ilk 44 nəfərlik hərbi hissə avqustun 4-də Bakıya çatır.
Həmin gün bir alman diplomatik missiyası "Kursk" gəmisində Həştərxandan Bakıya gəlir və "Türk qərargahı"nın yerini soruşur. Bundan şübhələnən diktatura missiyanı həbs edir. Sonrakı hərbi hissə polkovnik R.
Keyvorsun başçılığı ilə Bakıya gəlir. Diktatura bu qədər az əsgərin gəlməsini xoş qarşılamır və bunu "Daşnaksütun"un nümayəndəsi doktor Aratyan vasitəsilə Denstervilə çatdırırlar. Diktatura "Kursk" və "Abo" gəmilərini britaniyalıların ixtiyarına vermişdi.
Denstervil özü isə "Prezident Krüger" gəmisi ilə Serbiya bayrağı altında Bakıya yol almışdı. Diktatura isə şəhərdə hakimiyyəti ələ ala bilməmişdi. 15 avqust 1918-ci ildə polkovnik R.
Keyvors şəhərdə özbaşınalıq olduğunu, əsgərlərin istədiyi vaxt hərbi hissəni tərk edib şəhərə getdiyini, aclığın başladığını yazırdı. Denstervil özü artıq 17 avqustda Bakıda idi. O, erməni polkovnik Avetisyanı Muğan Müvəqqəti Hərbi Diktaturasına köməyə göndərərək əsas gücü öz əlinə alır.
5 Diktator isə ancaq ofisdə oturur, cəbhə xəttinə getmirdilər. Sentyabrın 14-də Qafqaz İslam Ordusunun yekun hücumlarından sonra, britaniyalılar Bakıda qalmağın mümkün olmaması haqqında mərkəzə məlumat vermişdilər. Diktatorlar Lemley və Sadovski Denstervilə geri qayıtmaq əmri versə də Britaniya ordusu şəhəri tərk etmək qərarına gəlmişdi.
1918-ci il 15 sentyabrda Sentrokaspi Diktaturası məğlub olur və Bakı AXC-nin nəzarətinə keçir…
