Böyükağa Mirqasım oğlu Talıblı — həyatı və yaradıcılığı

Şrift
Böyükağa Mirqasım oğlu Talıblı — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Böyükağa Mirqasım oğlu Talıblı — həyatı və yaradıcılığı.

Böyükağa Mirqasım oğlu Talıblı 1897-ci il martın 21-də Salyan rayonunda doğulub. Bakı Realnı məktəbində təhsil alıb (1909–1915). Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olub.

Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşub, eyni zamanda "Melitopolskiye izvestiya" qəzetinin redaksiyası ilə əməkdaşlıq edib(1915-1920). 1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilib, sonra burada Xalq təsərrüfatı şurasının sədri olub. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləyib (1923-1932).

"Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971) və s. kitabların müəllifidir. 1920-21-ci illərdə "Kommunist" qəzetinin 2-ci rəsmi redaktoru, 1934-cü ildən isə Yazıçılar Birliyinin üzvü olub. 8 yanvar 1937-ci ildə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları (XDİK) idarəsinə başçılıq etmiş Yuvelyan Sumbatov-Topuridzenin imzası ilə Böyükağa Talıblının həbsi barədə qərar qəbul olunub.

10 yanvar 1937-ci ildə təhlükəsizlik baş leytenantı Atakişiyev və təhlükəsizlik mayoru Gerasimovun imzası ilə Böyükağa Talıblı Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-ci maddəsi ilə həbs edilərək Azərbaycan DİK idarəsinin həbs evində saxlanması qərara alınıb. 1937-ci ildə güllələnməyə məhkum edilib. 14 oktyabr 1937-ci ildə isə, həyat yoldaşı T. Talıblı həbs olunaraq Bakı şəhərində ümumi rejimli həbsxanada saxlanılıb.

Nəticədə qızları Sona (“Soneçka”kimi tanınırdı) tənha qalır. Qohumları onu uşaq evinə yerləşdirməyi qərara alırlar. Burada o, uzun illər-anası Tatyana bəraət alana qədər yaşamalı olur.

60 -cı illərdə Tatyanaya və onun qızına Bakı şəhərində-N. Nərimanov prospektində, indiki “Elmlər Akademiyası” metrostansiyası ilə üzbəüz ərazidə mənzil ayırırlar və ömürlərinin sonuna qədər onlar orada yaşayırlar. Məşhur rus yazıçısı A.

P. Çexovun qardaşı nəvəsi olan Sona Azərbaycanı, onun milli-mənəvi dəyərlərini, adət-ənənələrini daim ürəkdən sevən biri olub. Onu da deyək ki, Salyan rayonundakı küçələrdən biri Böyükağa Talıblının adını daşıyır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗