Əzizağa Məşədi oğlu Əzizbəyov — həyatı və yaradıcılığı

Şrift
Əzizağa Məşədi oğlu Əzizbəyov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əzizağa Məşədi oğlu Əzizbəyov — həyatı və yaradıcılığı.

Əzizağa Məşədi oğlu Əzizbəyov 1903-cü il aprelin 3-də Bakı şəhərində inqilabçı, bolşevik və adı vaxtilə Azərbaycanın çox guşələrində əbədiləşdirilən Məşədi Əzizbəyovun ailəsində doğulub. 15 yaşında Kommunist Gənclər İttifaqı sıralarına daxil olan Ə. Əzizbəyov Azərbaycanda sovet hakimiyyəti qurulmazdan əvvəl bolşeviklərin Bakı Komitəsinin tapşırığı ilə partiya təşkilatları arasında rabitəni təmin edirdi.

1920-ci il aprelin 28-də Azərbaycan İnqilab Komitəsi Ə. Əzizbəyovu Bakı qəza təşkilatının yerlərdə komsomol özəklərini yaratmaq üçün göndərir. Sonradan o, həmin işi Quba qəzasında davam etdirir. 1921-ci ildə Ə.

Əzizbəyov Moskvaya Şərq zəhmətkeşlərinin Kommunist Universitetinə oxumağa göndərilir. 1923-cü ildə Bakıya qayıdan Ə. M. Əzizbəyov respublikanın sovet və təsərrüfat orqanlarında məsul vəzifələrdə çalışır.

O, vətəgə müdiri, Ümumittifaq Balıq Ticarəti İdarəsi Zaqafqaziya bölməsinin rəisi, Azərbaycan Dövlət Balıqçılıq Trestinin mudiri vəzifələrində işləyib. Bir neçə il Xalq ticarət komissarı olub. Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini olub.

II Dünya müharibəsi zamanı-1943-cü ildə ona intendant xidməti polkovniki, 16 may 1944-cü ildə isə general-mayor hərbi rütbəsi verilib. Bu dövrdə Əzizbəyov Zaqafqaziya arxa cəbhə rəisinin müavini, SSR Xalq Müdafiə Komissarlığı Mərkəzinin Zaqafqaziya bazasının rəisi və Qızıl Ordunun arxa cəbhəsinin rəis köməkçisi kimi məsul vəzifələrdə çalışıb. Müharibədən sonrakı illərdə Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sənaye məhsullarının təchizatı və satışı idarəsinin rəisi, "Azəriitifaq"ın idarə heyətinin sədri vəzifələrində çalışıb.

O, bir neçə dəfə SSRİ Ali Soveti, Azərbaycan SSRİ Ali Soveti, Bakı Sovetinin deputatı seçilib. 1963-cü ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub… Son olaraq, onu da qeyd edək ki, Əzizağa Əzizbəyov "Azərbaycanda sosialist dəyişikliklərində (1921-1923) Leninin rolu" mövzusunda dissertasiya müdafiə edərək ilk azərbaycanlı qadın tarix elmləri doktoru elmi dərəcəsi alan, akademik Püstəxanım Əzizbəyovanın atasıdır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗