Tarixdə ilk qadın admiral kimi I Artemis (e.

Şrift
Tarixdə ilk qadın admiral kimi I Artemis (e.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tarixdə ilk qadın admiral kimi I Artemis (e..

Tarixdə ilk qadın admiral kimi I Artemis (e. ə. V əsr) qəbul olunur.

O, Salamin dəniz döyüşündə (e. ə 27 sentyabr, 480-ci il) Əhəməni hökmdarı Kserksi yunanlarla dəniz döyüşünə girməməsi üçün xəbərdar etmişdi, çünki ağır İran gəmiləri çevik yunan gəmiləri ilə bacara bilməzdi. Lakin Kserks onun sözlərinə məhəl qoymur, döyüş başlanır.

Savaşın tam ortasında çıxılmaz vəziyyətdə komandanlığı Artemisə həvalə edir və bunun sayəsində bəzi gəmilərlə xilas etməklə yanaşı öz şərəfini də xilas edə bilir. Bundan sonra Kserks belə bir fikir söyləyir: "Kişilər qadınlara, qadınlar isə kişilərə çevrildilər"… …

Malahayati – müasir dünyada (I Artemisi nəzərə almasaq) ilk admiral qadın hesab olunur. O, XVI əsrdə hollandların Aceh sultanlığı ilə mübarizəsi zamanı dul qadınlardan ibarət yaratdığı donanmaya rəhbərlik edib. Həyat yoldaşını döyüşlərin birində itirən Malahayati Aceh sultanından icazə alaraq 2000 nəfər qadından ibarət donanma yaradır.

Özü isə hərbi dəniz zabiti hazırlığı üzrə kurs keçmişdi. Rəhbərlik etdiyi donanma 1599-cu ildə Aceh sultanlığının paytaxtını müdafiəsində iştirak edir. Bundan başqa "Dul qadınlar donanması" ticarət gəmilərini qarət etmək istəyən holland admiral Yakob van Neki ələ keçirə bilmişdi.

O,1607-ci ildə döyüşlərin birində həlak olur. Bu gün İndoneziyada hərbi-dəniz donanmasında bir gəmi onun adı daşıyır, Sumatrada isə Malahayatinin adına bir universitet fəaliyyət göstərir…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗