Azərbaycan tarixi dərsliyində adı çəkilən Molla Mustafa Şeyxzadə, 1930-cu ilin aprelində…

Şrift
Azərbaycan tarixi dərsliyində adı çəkilən Molla Mustafa Şeyxzadə, 1930-cu ilin aprelində…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycan tarixi dərsliyində adı çəkilən Molla Mustafa Şeyxzadə, 1930-cu ilin aprelində….

Azərbaycan tarixi dərsliyində adı çəkilən Molla Mustafa Şeyxzadə, 1930-cu ilin aprelində Şəkinin Baş Göynük kəndində Sovet hakimiyyətinə qarşı baş vermiş üsyanın lideri idi. O, savadlı, iti zəkaya və poetik ilhama malik bir şəxsiyyət kimi tanınırdı. Üsyan zamanı Molla Mustafa və silahdaşları həbsxana, poçt-rabitə idarəsi və çörək zavodu kimi strateji obyektləri ələ keçirərək, 13-17 gün ərzində hakimiyyəti öz əllərində saxlamışdılar.

Bu müddətdə onlar həbsxanadakı dustaqları azad etdilər, çörək zavodunu işlədərək əhaliyə çörək payladılar və digər idarələrdə öz hakimiyyətlərini qurdular. Ağır vergilər, qiymətlərin bahalaşması, din xadimlərinin həbsi və s. səbəblərdən qaynaqlanan bu üsyanı yatırmaq üçün Sovet hakimiyyəti Bayramov soyadlı birisinin poçtdan Mir Cəfər Bağırova vurduğu teleqramla Yevlax, Bakı, Gəncə və Zaqataladan nizami ordu hissələri göndərdi.

Üsyan xüsusi amansızlıqla yatırıldı. Nəticədə, 214 nəfər öldürüldü, 865 nəfər həbs edildi. Həbs olunanlardan 850 nəfəri sürgün edildi, 15 nəfəri isə Qax rayon polis şöbəsində güllələndi.

Güllələnənlər arasında dövrün tanınmış şəxsi Daniyal sultanın nəslindən olan Əhədxan Cəfər bəy oğlu Sultanov da var idi. Bu üsyan, Azərbaycanda Sovet hakimiyyətinə qarşı ən yaddaqalan üsyanlardan biri hesab olunur və hətta Moskvanı da ciddi narahat etmişdi…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗