Hüsü Hüseynəli oğlu Hacıyev 26 sentyabr 1897-ci ildə Şuşa şəhərində doğulub.

Şrift
Hüsü Hüseynəli oğlu Hacıyev 26 sentyabr 1897-ci ildə Şuşa şəhərində doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Hüsü Hüseynəli oğlu Hacıyev 26 sentyabr 1897-ci ildə Şuşa şəhərində doğulub..

Hüsü Hüseynəli oğlu Hacıyev 26 sentyabr 1897-ci ildə Şuşa şəhərində doğulub. 1910-cu ildən Şuşa Real məktəbində oxuyub və 1918-ci ildən inqilabi fəaliyyətə qoşularaq məktəblilərin inqilabi hərəkatında iştirak edib. 1919-cu ildən bolşeviklər partiyasının üzvü olub, Qarabağda bolşevik ədəbiyyatını yayaraq müsavatçılara qarşı mübarizə aparıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Qarabağ İnqilab Komitəsinin üzvü olan Hüsü Hacıyev 1920-ci ilin iyun ayında Şuşada əks-inqilabi qiyam zamanı Şuşa həbsxanasına salınıb.

Qısa müddət sonra o, həbsdən azad edilib və Qarabağ Fövqəladə Komissiyasının üzvü təyin edilib 1921-ci ildən etibarən Qubadlı, Kürdüstan, Ağdam və Quba qəza icraiyyə komitələrinin sədri, eləcə də Azərbaycan K(b)P Qaryagin Qəza Komitəsinin katibi olub. 1930-cu ilədək Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru vəzifəsində işləyib, qısa müddət sonra isə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb. Hüsü Hacıyev Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Azərbaycan SSR və ZSFSR mərkəzi icraiyyə komitələrinin üzvü olub.

18 may 1931-ci ildə Kür çayının daşaraq Ağdaş rayonundakı bəndi yarması səbəbi ilə hadisə yerinə gedən Hüsü Hacıyev rayonunun Qaxay–Xirəzi kəndləri istiqamətində 10 nəfərlik dəstə tərəfindən hücuma məruz qalır və yanındakı milis işçisi ilə birlikdə qətlə yetirilir. Fəxri Xiyabanda dəfn edilib. Bərdədə abidəsi, Şuşada isə büstü qoyulub, Bakıda maşınqayırma zavoduna, Bakı və Ağdaşda küçələrə və s.

adı verilib. Son olaraq onu da qeyd edək ki, Hüsü Hacıyev Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya Hacıyevanın böyük qardaşıdır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗