Lorens Kun — həyatı və yaradıcılığı

Şrift
Lorens Kun — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Lorens Kun — həyatı və yaradıcılığı.

Lorens Kun 1884-cü ildə əslən almanların yaşadığı Yelenendorf şəhərində (əvvəlki Xanlar, indiki Göygöl) doğulub. 1915-ci ildən neft sənayeçisi Benkendorfun yanında sahə müdiri olaraq fəaliyyət göstərib. 1920-ci illərdə Gəncədə mühəndis kimi çalışıb. Gəncə "Konkordiya" Üzümçü və Şərabçıların İstehsal Kooperativinin İdarə Heyətinin üzvü idi.

Onun vəzifələrinə texniki hissənin idarə edilməsi, ofis və mədəni-maarif işləri daxil idi. Yelenendorfda işlədikdən sonra yerli Alman komitəsinə üzv seçilib. 10 dekabr 1918-ci ildə Alman Milli Şurası sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib, sənədləri 15 dekabr tarixində təsdiqlənib. O, parlamentdə Milli azlıqlar fraksiyasının üzvü və sədri olub.

Parlamentin 10 dekabr 1918 tarixli sayca 2-ci iclasında Lorens Kun azərbaycanlılar və almanlar arasındakı 100 illik dostluq haqqında belə demişdi: “… ən səmimi qonşuluq əlaqələrimiz heç vaxt pozulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti almanları sakitcə gələcəyə baxır, öz milli mənsubiyyətlərinin qorunacağına və sakit iş həyatına davam edəcəyinə ümidlidir və müstəqil Azərbaycanın xeyrinə çalışacaqlar..” Lorens Kun təhlükəsizlik orqanları tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə əvvəlcə 8 il müddətinə həbs olunur. 5 ildən sonra isə azad olunur.

1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis işi də daxil olmaqla fərqli vəzifələrdə çalışır. 1933–1934-cü illərdə Gürcüstanda Mirzəan sahəsinin baş mühəndisi kimi çalışmışır. Lorens Kun 18 fevral 1938-ci ildə yenidən həbs olunur və 5 il müddətinə həbs cəzasına məhkum edilir.

18 fevral 1940-cı ildə SSRİ Daxili İşlər Komissarlığı Şimali Ural İTL rəhbərinin qərarı ilə Kaganoviç adına Tavda Dəmiryolu Stansiyasına köçürülür. 1942-ci ildə Uxtada (Sibir) vəfat edir…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗